Accessibility links

Zika virusu ilə mübarizə yolları axtarılır


Latın Amerikası dövlətlərinin səhiyyə nazirləri Zika virusuna qarşı mübarizədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə kampaniya başladıb.

14 ölkə rəsmisi Uruqvayın Montevideo şəhərində təcili görüş keçirib. Danışıqlara ən çox virusa yoluxmuş ölkə Braziliya da dəvət olunub.

Zika virusunun hələlik daha çox hamilə qadınları təhdid etdiyi düşünülür.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, virus körpələrdə anormal kiçik başla doğulma kimi ciddi qüsura səbəb olur.

XS
SM
MD
LG