Accessibility links

Vaqner qrupu Ukraynanın əks-hücumundan narahatdır


Ukrayna əsgəri Baxmutda. 21 aprel, 2023.
Ukrayna əsgəri Baxmutda. 21 aprel, 2023.

Ukrayna müharibəsində son baş verənlər:

  • Vaqner Qrupunun təsisçici Ukraynanın əks-hücumundan narahatdır.
  • Birləşmiş Ştatlar ukraynalı əsgərlərə Abramsa tanklarında təlim keçəcək, Almaniya isə Polşada tank təmiri mərkəzi inşa edəcək.
  • Ukraynanın taxıl ixracı hələ də Avropa ölkələri tərəfindən qadağandır.

Britaniya Müdafiə nazirliyi şənbə günü Ukrayna ilə bağlı gündəlk kəşfiyyat hesabatında bildirib ki, Rusiya “Ukraynada müharibəyə haqq qazandırmaq üçün istifadə etdiyi əsas narrativdə ardıcıllığı qorumaqda çətinlik çəkir.” Narrativ isə odur ki, Ukraynaya hərbi müdaxilə Sovet ittifaqının İkinci Dünya Müharibəsindəki təcrübəsinə bənzərdir.

Rusiya bu ayın əvvəlində Ölümsüz Alayın hər il keçirilən “Böyük Vətən Müharibəsi” anım yürüşlərini ləğv etməsinə səbəb kimi təhlükəsizlik problemlərini göstərmişdi. Nazirlik isə deyir ki, “reallıqda rəsmilər böyük ehtimalla iştirakçı sayının Rusiyanın verdiyi itkilərin miqyasını vurğulamasından nahat idilər.”

Rusiyanın narrativinin bir başqa tərəfi Ukraynada nasistlərin olmasıdır. Ancaq indi, Vaqner qrupunun başçısı və Rusiya Prezidenti Vladimir Putinin dostu Yevgeni Priqojin Rusiyanın hərbi müdaxiləyə haqq qazandırmaq üçün irəli sürdüyü əsas ilə ziddiyət təşkil edərək, açıq-aşkar şəkildə Ukraynada nasistlərin mövcudluğunu sual edib.

Ukrayna Prezidenti Volodimr Zelenski cümə gündəlik müraciətində deyib ki Ukrayna əks-hücuma hazırlaşır.

“Cəbhə xətti bir nömrəli prioritetdir. Biz həmçinin aktiv şəkildə özünü cbəhə xəttinə göstərəcək yeni briqadalar və bölmələr hazırlayırıq,” o deyib.

Zelenski müttəfiqlərə Ukraynanın müdafiəsinə olan sadiqliklərinə görə təşəkkür edib.

Cümə günü ABŞ-ın Almaniyanın Ramşteyn Hava Bazasında keçirdiyi iclasda diqqət Ukraynada hava hücumundan müdafiə və sursatlara yetirilib. Birləşmiş Ştatlar yaxında Ukrayna qoşunlarına Abrams tanklarını idarə etməklə bağlı təlim keçəcəyini bildirib, Almaniya isə Polşada Ukraynaya göndərilən tanklar üçün təmir mərkəzi inşa etdiyini açıqlayıb.

İclas zamanı müttəfiqlər həmçinin Kyivi qeyd-şərtsiz dəstəkləyəcəklərinə əmin ediblər və Ukraynanın gələcəkdə NATO-ya üzv olmaq istəyini dəstəkləyiblər.

Ukrayna müttəfiqlərinə gələcək həftə və aylarda Rusiya qoşunlarına qarşı gözlənilən əks-hücumdan öncə onları uzun-mənzilli silah, təyarə və sursatla təmin etmələri üçün təziq göstərib.

Priqojin narahatdır

Zelenskinin cümə günü etdikləri qeydlərdən sonra Rusiyanın yarı-hərbi Vaqner Qrupunun başçısı Yevgeni Priqojin Ukraynanın yüksək hazırlıqlı qüvvələri ilə gözlənilən əks-hücum əməliyyatından narahatlığını ifadə edib.

“Biz bu gün Ukraynada təlim keçənləri öldürürük ancaq Almaniyadan gələnlər texnologiya baxımından maarifləndirilmiş olacaq,”o, Telegram kanalında yayılan səs yazısında deyib.

O Almaniyada ABŞ-ın Abrams tanklarını idarə etməklə bağlı təlim keçəcək Ukrayna əsgərlərinə istinad edib.

Priqojin Ukraynanın yaz yağışlarından sonra, torpaq sərtləşdiyi zaman əks-hücuma keçəcəyini proqnozlaşdırıb.

“Onlar hücum edəcəklər… onlar gəlib bizi parçalamağa çalışacaqlar və biz müqavimət göstərməliyik,” o deyib.

Rusiya döyüşlərin hələ də getdiyi Baxmutda Vaqner qüvvələrinə çox arxalanır.

Kyiv cümə günü bildirib ki, Rusiya qüvvələri şərqdə yerləşən bu şəhərdə bəzi irəliləyişlər əldə etsə də, vəziyyət hələ də, qeyri-müəyyəndir. “Vəziyyət gərgindir, amma nəzarət altındadır,” Ukrayna müdafiə naziri Hanna Malyar Telegram kanalında yazıb.

Malyar bu sözləri Rusiya Müdafiə Nazirliyi cümə günü brifinq zamanı hücum qoşunlarının Baxmutun hələ də Kyiv qüvvələrinin nəzarətində olan son hissəsi olan qərbində döyüşdüyünü bildirməsindən sonra deyib.

Aİ-Ukrayna taxıl

Aİ-nin dörd üzv ölkəsi öz bazarlarını qorumaq üçün Ukraynadan ərzaq ixracını qadağan edib. Polşa, Macarıstan, Slovakiya və Bolqarıstan deyir ki, Ukraynadan ərzaq idxalı axını onların öz fermerlərinə zərər vurur, çünki onlar Ukraynanın aşağı qiymətləri ilə rəqabət apara bilmir. Polşa hökuməti kənd təsərrüfatı sektoruna 2.4 milyard dollarlıq yardımı təsdiq edib və cümə günü Avropa Kommissiyasını problemi həll etmək üçün kifayət qədər iş görmədiyinə görə tənqid edib.

Avropa Komissiyası mərkəzi avropalı fermerlərə 11o milyon dollarlıq yardım təklif edib ki, bu daha verdiyi 61.5 milyon dollar dəyərindəki yardım paketinə əlavədir. Reuters-un məlumatına görə, Avropa Komissiyası həmçinin başqa məhsullar, o cümlədən taxıl, qarğıdalı və günəbaxana tumları üçün təxili önləyici tədbirlər görəcəyini bildirib, ancaq Mərkəzi avropa ölkələri bu siyahıya bal və bəzi ət məhsullarının da daxil edilməsini istəyir.

XS
SM
MD
LG