1960-1970-ci illərdə Vyetnam müharibəsi Laosun da sərhədlərini aşmışdı. Həmin vaxt ABŞ Cənubi Vyetnamı kommunistlərdən müdafiə edirdi. Amerika Laosa 3 milyon ton partlayıcı qurğular atıb. Onların 2 milyonundan artığı partlayıb. Həmin partlayıcıların 3-də birinin hələ də torpaqlarda qaldığı təxmin edilir. Bombaların qalılqarı və partlayışları 20 mindın çox insanın ölümü və ya yaralanmasına səbəb olub. Maarifləndirmə proqramlarına baxmayaraq bombalar hər an yeni qurbanlar əldə edir. Son illər ölənlərin əksəriyyətinin 15 yaşından aşağı gənclər olduğu qeydə alınıb.