Accessibility links

Lahorda partlayış 26 adamın ölümülə nəticələnib


Pakistanın şərqindəki Lahor şəhərində partlayış nəticəsində 26 nəfər həyatını itirib. Polis və xilasetmə işçilərinin verdiyi məlumata görə, partlayış zamanı 50 nəfər yaralanıb.

Hücum bazar ertəsi yerli administrasiyanın işçilərinin təhlükəsizliklə bağlı narahatlıqlarla əlaqədar hökumət binaları yaxınlığında icazəsiz tikilmiş mağazaları sökdüyü zaman baş verib. Polis etirazçıların hökumət işçilərinə mane olmasına yol verməmək üçün onları müşayiət edib.

Vilayətin səhiyyə naziri Salman Rafiq müxbirlərə ölənlər arasında bir neçə polis işçisinin olduğunu deyib. O, yaralananlardan bəzisinin vəziyyətinin ağır olduğunu bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə Pakistanda Taliban qrupu götürərək, partlayışın qrupun intiharçı bomba hücumçusu tərəfinfən törədildiyini bildirib.

Lahorun Polis Əməliyyatlar idarəsinin baş direktoru Heydər Əşrəf müxbirlərə bildirib ki, ilkin təhqiqat hücumun motorlu velosiped sürən intiharçı tərəfindən törədildiyinə işarə edir.

Partlayış ştatın baş nazirinin ofisinin yaxınlığında yerləşən informasiya texnologiyaları binasının ətrafında baş verib.

Pakistan militantların bomba hücumlarına səhnə olsa da, Hindistanla sərhəd yaxınlığındakı Lahorda son zamanlar daha az zorakılıqlar müşahidə edilir.

XS
SM
MD
LG