Lənkərandakı gəncləri bir araya toplayan məkan - Tor
İqrar Qurban bir il əvvəl doğulub böyüdüyü şəhərə - Lənkərana qayıdıb, orada sosial biznes açmaq qərarına gəlir. O istəyir ki, yaratdığı məkana yaradıcı insanlar, regionda yaşayan gənclər, şəhərə gələn qonaqlar gələrək bir şəbəkə yaratsınlar. Gənc sahibkar hesab edir ki, yaratdığı layihə Lənkəran cəmiyyəti üçün faydalı olacaq. Ancaq il boyu davam edən karantin şəraitinə görə məkanın açılışı hələ də gecikir. Gənc sahibkar həm də, bu məsələdə aidiyyatı qurumların sahibkarlara yetəri qədər diqqət yetirmədiyindən şikayətlənir.