31 yanvar 2019-cu ildə "Şərq Tərəfdaşlığı üçün Avropa Ittifaqının Su Təşəbbüsü Plyus" (AİST +) layihəsi mütəxəssisləri və su sahəsindəki fəalları onların Kür çayı sularının gələcəyi ilə bağlı fikirlərini öyrənmək üçün toplanıb. Yığıncaq Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) keçirilib.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin yaydığı məlumatda deyilir ki, AİST+ layihəsi Avropa standartlarına uyğun Kür çayının Mingəçevir su anbarının bəndindən yuxarıda yerləşən hövzəsində Çay hövzəsinin İdarə Edilməsi Planını hazırlamaq üçün Azəbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə iş aparır. Plan çay üçün ətraf mühit məqsədlərini və onlara nail olmaq üçün tədbirləri təsvir edəcək.
Avropa İttifaqının Su Çərçivəsi Direktivi tərəfindən müəyyən edildiyi kimi, çay hövzəsinin idarə etmə planının hazırlanmasının əsas mərhələlərində ictimaiyyətin məlumatlandırılması və cəlb edilməsi təmin edilməlidir. Çay hövzəsində (15315 kvadeat kilometrdə) yaşayan əhalinin rifahı naminə 1,628 milyondan çox insan içməli su ilə təchiz olunmalı, hövzənin iqtisadiyyatında mühüm rol oynayan kənd təsərrüfatına və sənaye istehsalına, hidroenergetikaya (təmiz enerji) kifayət qədər su ayrılmalı və su mühitinin mühafizəsi standartları təmin olunmalıdır.
Çay hövzəsində (15315 kvadeat kilometrdə) yaşayan əhalinin rifahı naminə 1,628 milyondan çox insan içməli su ilə təchiz olunmalıdır.Avropa İttifaqının Azərbaycan Nümayənədliyinin məlumatından
Bu ilk məsləhətləşmə forumu - hökumət orqanları, hövzə təşkilatları, sudan məişətdə və iş yerlərində istifadə edənlər, elmi qurumlar, QHT-lər, jurnalistlər və mütəxəssislər və o cümlədən yerli ictimai və özəl sektorda çalışan, su sahəsi ilə bağlı olan fəallar da daxil olmaqla 40 nəfəri toplayaraq, suyun keyfiyyətinin təminatı sahəsində olan əsas problemlər, su resurslarının bölüşdürülməsi, içməli suyun təhlükəsizliyi, çirklənmənin azalması və insanların sağlamlığının təmin edilməsi barədə onların fikirini öyrənmək məqsədi daşıyır.
Birgünlük görüş iştirakçılara çay hövzəsi planının hazırlanması prosesində tərəqqini dərindən qiymətləndirmək, uyğunsuzluqları müəyyən etmək və qarşıdakı məsələlərdən danışmaq imkanı verəcək. Bu dialoq çox vacibdir, çünki nəticələr çay hövzəsi planının hazırlanmasının növbəti mərhələsində, hədəflərin dəqiqləşdirilməsində və onlara nail olmaq üçün lazım olan tədbir və fəaliyyətlərin müəyyənləşdirilməsində nəzərə alınacaq.
Çay hövzəsinin idarə edilməsi planı layihəsi üzrə ikinci məsləhətləşmə mərhələsi 2020-ci ildə təşkil olunacaq.
Dörd il müddətinə 2016-cı ilin sentyabr ayında başlanan AİST+ layihəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində su sektoru üzrə ən böyük maliyyə dəstəyidir. Bu layihə altı tərəfdaş ölkəyə (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova Respublikası və Ukraynaya) transsərhəd çayları da daxil olmaqla suyun idarə olunması sahəsində öz qanunvericiliklərini Avropa siyasəti ilə uzlaşdırmaqda dəstək verir. Bu layihə həmçinin tərəfdaş ölkələrdə su sektoru islahatlarının uzunmüddətli istiqamətləndirilməsinə köməklik edir. Layihə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMTAİK) və Avstriya Ətraf Mühit Agentliyindən (Avstriya) və və Beynəlxalq Su Ofisi (BSO, Fransa) təşkilatlarından ibarət Avropa Konsorsiumu tərəfindən idarə olunur.