Accessibility links

BMT-nin Baş katibi Qırğıstana yardım ayrılmasına çağırıb


Ban Ki Mun deyib ki, Oş və Cəlalabad şəhərlərində toqquşmalardan sonra bəzi yerlərdə ərzaq, su, elektik və tibbi təchizatın çatışmazlığı problem mövcuddur

BMT-nin Baş katibi Ban Ki Mun Qırğıstanda etnik zəmində toqquşmalardan sonra yardım məqsədilə 71 milyon dollar məbləğində yardımın ayrılmasına çağırıb.

O deyib ki, Oş və Cəlalabad şəhərlərində toqquşmalardan sonra bəzi yerlərdə ərzaq, su, elektik və tibbi təchizatın çatışmazlığı problem mövcuddur.

Müvəqqəti hökumətin lideri Roza Otunbayeva zorakılıqlar nəticəsində 2000 adamın öldüyünü bildirib. O bu gün ABŞ Dövlət katibinin yardımçısı Robertr Bleyklə görüşüb. Bleyk müvəqqətin hökuməti iğtişaşlarla bağlı təhqiqat aparmağa və hadisələrdə günhakar olanları məsuliyyətə cləb etməyə çağırıb.

İğtişaşlar nəticəsində 300 000 yaxın insane yerlərindən didərgin düşüb, 100 000 yaxın insan qonşu Özbəkistana qaçıb.

BMT-nin Qaçqınlar agentliyinin sözçüsü Andrey Maheçiç bildirib ki, 80 ton yardım daşıyan iki təyyarə bu gün və sabah Oş şəhərinə yardımı çatdıracağı gözlənilir.

XS
SM
MD
LG