Accessibility links

Kyiv meri: "Ukrayna dünyada azadlığın açarıdır"


Ukraynanı "dünyada azadlığın açarı" adlandıran Kyiv meri Vitali Kliçko cümə axşamı Rusiya ilə bu "mənasız müharibə" adlandırdığı vəziyyət qarşısında ölkəsini dəstəkləməyə çağırıb.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Kliçko bildirib ki, Ukrayna heç kimə aqressiv olmayan sülhsevər ölkədir və ukraynalılar insan haqları, mətbuat azadlığı və demokratik prioritetləri ilə Avropa ailəsinin bir hissəsi olmaq istəyirlər.

O, Rusiya hökumətinin Sovet İttifaqını yenidən qurmaq istədiyini və Ukraynanın ələ keçirilməsi ilə dayanmayacağını bildirib.

"Biz təkcə ailəmizi və uşaqlarımızı müdafiə etmirik, eyni dəyərlərə malik olduğumuz üçün sizi də müdafiə edirik" deyən Kliçko Rusiyanın yol verildiyi qədər irəli gedəcəyini bildirib.

O, Ukraynaya siyasi, iqtisadi və silah göndərməklə dəstək olanlara, ukraynalı qaçqınları qəbul edənlərə təşəkkür edib.

Rusiyanın Ukraynanı işğal etməsindən 90 gündən çox vaxt keçdiyini qeyd edən Kliçko bunu "uzun, uzun bir gün" kimi hiss etdiyini bildirib.

Çərşənbə günü axşam müraciətində Ukrayna prezidenti Volodimir Zelenski sülh razılaşması əldə etmək üçün Ukraynanın bəzi hissələrinin Rusiyaya verilməsi ideyasını rədd edib.

Zelenski deyib ki, bu cür təklifləri irəli sürənlər sülh illüziyası ilə mübadilə etməyi təklif etdikləri ərazidə faktiki yaşayan milyonlarla insana məhəl qoymurlar.

"Biz həmişə insanları düşünməliyik və yadda saxlamalıyıq ki, dəyərlər sadəcə söz deyil" - deyə, o qeyd edib.

Son həftələr döyüşlər Rusiyanın Zelenskini devirə və ya Kyivi ələ keçirə bilmədikdən sonra nəzarəti ələ keçirməyə çalışdığı şərqi Donbas bölgəsində aparılır.

Ukraynanın şərqindəki Luqansk vilayətinin qubernatoru Serhiy Qayday Severodonetsk sənaye mərkəzi ətrafındakı vəziyyəti "çox çətin" adlandırıb və "ətrafında artıq döyüşlərin getdiyini" bildirib.

"Rusiya qoşunları o qədər irəliləyib ki, artıq şəhəri minaatanlardan atəşə tuta bilərlər" - deyə, o qeyd edib.

Rusiyada prezident Vladimir Putin Xerson və Zaporojyedə yaşayanların Rusiya vətəndaşlığını sürətləndirən sərəncam verib. Artıq Donbasda yaşayan insanlar üçün vətəndaşlıq verilməsini sürətləndirmək üçün proqram mövcuddur.

Bu arada, Avropa İttifaqı, Böyük Britaniya və ABŞ üç aylıq döyüşlər ərzində Rusiyanın mümkün hərbi cinayətlərinin təhqiqatını Ukrayna ilə əlaqələndirmək üçün vəhşilik cinayətləri üzrə Məsləhət Qrupunun yaradıldığını elan edib.

XS
SM
MD
LG