Accessibility links

Küveytin yeni əmiri and içib


Çərşənbə günü ölkənin birliyini və sabitliyini qoruyub saxlayacağına söz verən Küveytin yeni əmiri Şeyx Nəvaf ƏIl-Əhməd Əs-Sabahın andıçmə mərasimi olub.

Küveytin keçmiş vəliəhd şahzadəsi, 83 yaşlı Şeyx Nəvaf çərşənbə axşamı 91 yaşında vəfat edən ögey qardaşı Şeyx Səbah Əl-Əhməd Əs-Sabahın yerinə keçib.

Mərhum hökmdarın cəsədi çərşənbə günü yenidən Küveytə gətirilməlidir.

"Böyük kədər hissi ilə Küveyt xalqına, ərəb və İslam dövlətlərinə, dünyadakı dost ölkələrə mərhum şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah həzrətləri vəfatı Rəbbinin yanına köçdü" - deyə, Küveyt dövlət televiziyası kral sarayının çərşənbə axşamı verdiyi açıqlamanı oxuyub.

NBC News xəbər verir ki, Şeyx Sabah iki ay əvvəl əməliyyat olunduqdan sonra Hərbi Hava Qüvvələrinin C-17 uçan xəstəxanasında ABŞ-a aparılıb.

Şeyx Səbah Əl-Əhməd Əs-Sabah 2006-cı ildə hakimiyyətə gəlməzdən öncə əvvəl Küveytin ən yüksək səviyyəıi diplomatı idi və bu müddətdə 1990-cı ildən, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin küveyti İraqın işğalından azad etməsindən sonra İraqla sərhədlərin müdafiəsinə çalışıb.

BMT baş katibi Antonio Quterreşin sözçüsü Şeyx Sabahın “bölgədə və dünyada sülhü və sabitliyi qorumaq üçün həmişə qarşılıqlı əlaqələri gücləndirməyə çalışan” bir insan olduğunu deyib və onu Birləşmiş Millətlər Təşkilatının yaxın dostu adlandırıb.

Şeyx Nəvaf 1752-ci ildən bəri Küveytin Əs-Sabah sülaləsinin 16-cı hökmdarı, 1961-ci ildə Küveyt İngiltərədən müstəqilliyini qazandıqdan bəri isə 6-cı əmiridir.

XS
SM
MD
LG