Accessibility links

PKK və PJAK təşkilatları mübarizəni davam etdirəcəklərini deyir


PKK və PJAK təşkilatları mübarizəni davam etdirəcəklərini deyir
PKK və PJAK təşkilatları mübarizəni davam etdirəcəklərini deyir

Dünyada azlıq təşkil edən ən böyük etnik qrup olan kürdlərin dövləti yoxdur. Kürdlərin 20 faizdən az bir hissəsi İraqda muxtariyyət əldə etməyə nail olub. Lakin İran, Türkiyə və Suriyadakı kürdlər hələ də siyasi və vətəndaş hüquqlarının artırılması yolunda mübarizə aparır.

Kürd yaraqlılara İraqın şimalı və Türkiyənin cənub-şərqindəki dağlarda təlimlər keçirilir. Türkiyə və İraqdakı kürdlərin hüquqlarının artırılması uğrunda mübarizə apardığını deyən bu təşkilat zorakılıqlara əl atır. PKK-nın qolu sayılan PJAK təşkilatının başçısı Rezan Cavid təşkilatın terrorçu olduğunu rədd edir. İraqın şimalındakı bazadan danışarkən o, uzunmüddətli mübarizənin vacib olduğunu deyir: “Bizim mübarizəni davam etdirəcəyimizə şübhə yoxdur. Biz azadlığımız və hüquqlarımız uğrunda mübarizə aparmalıyıq”.

Türkiyə və İran son zamanlar kürdlərə qarşı əməliyyatları artırıb. Onların fikrincə PKK və PJAK terrorçu qruplardır. PKK döyüşçüləri cənub-şərq bölgələrində Türkiyə təhlükəsizlik qüvvələrinə müntəzəm şəkildə hücumlar edir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Nüseyn Çelik hökumətin PKK üzvüləri və ya qrupla hər-hansısa əlaqəsi olan hər bir kəsə qarşı son hücumlarını dəstəklədiyini deyir: “Mən Bin Ladenin şəxsən kimisə öldürüb-öldürmədiyini bilmirəm, lakin o, terrorçu qrupunun lideri idi. Biz terrorizmin və onun təsisçilərinin necə fəaliyyət göstərdiklərini bilməliyik. Terrorçuluq təkcə titəyi çəkib, güllə atmaq deyil, terrorçuluq onu maliyyələşdirmək və insan resuarslkarından istifadə edərək, onu dəstəkləməkdir.”

Lakin kürdlər zorakılığın zorakılıq yaratdığını deyirlər. İraqın şimalında, Kürdüstan bölgəsindəki mülki vətəndaşlar deyirlər ki, İran və Türkiyə hərbi qüvvələrinin PKK və PJAK- a son qoymaq istəmələri onların həyatlarını da təhlükə altına alıb. Kürd bölgəsində yaşayan kəndlilər hücumlara məruz qaldıqlarını və buna görə də yaşadıqları yerləri tərk etməli olduqlarını deyirlər. Onlar indi BMT-nin yardımlarından asılı vəziyyətdə yaşayırlar.

İraqın kürd regionunun baş naziri və ölkənin baş nazir müavini Bərham Saleh Kürdüstan ərazisinin zorakılıqlara səhnə olmasının əleyhinə olduğunu deyir. O, müharibənin məsələnin həlli olmadığını deyir: “Hərbi əməliyyatlar birtərəfli olmur və bu məsələni müharibə yolu ilə həll etmək mümkün olmayacaq. Bu problemi kökündən həll etmək üçün siyasi bir yol olmalıdır.”

Siyası həll olmadan İraqla sərhəddəki dağlarda döyüşlər davam edəcək. Demək tələfat da artacaq.

XS
SM
MD
LG