Accessibility links

Kürdəmir bazarında kütləvi etiraz


Kürdəmirdə etiraz aksiyası (Şəkil Minval.az saytınındır)
Kürdəmirdə etiraz aksiyası (Şəkil Minval.az saytınındır)

İnsanlar bazarda icarə haqlarının artırılmasına etiraz edib, avtomobil yolunu bağlayıb

Avqustun 1-də Kürdəmir rayonunda (Bakıdan 180 kilometr qərb) mərkəzi bazarda icarə haqlarının artırılmasına etiraz olaraq 300-dən çox insan etiraz aksiyası keçirib. Etirazçılar rayondan keçən avtomobil yolunun bağlayıb. Bu barədə Amerikanın Səsinə hazırda Kürdəmirdə olan Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikova bildirib.

Hüquq müdafiəçisinin dediyinə görə, icarə haqları qaldırılmış bazar Milli Məclisdin deputatı Fərhad Qəribovun oğluna məxsusdur, amma atası idarə edir.

Etirazçıların sakitləşdirilməsinə polis və yerli icra hakimiyyətinin nümayəndələri cəlb olunub. Bazarı idarə edənlərlə icarədarlar arasında qarşıdurma olub. Bu zaman bir neçə nəfər xəsarət alıb.

“Qarşıdurmada mən də xəsarət almışam. Qolum əzilib və telefonum sındırılıb. Mənə qarşı bazarı idarə edənlərdən Sarvan adlı şəxs güc tətbiq etdi və telefonumu sındırdı”, deyə o qeyd edib.

Hazırda problem aradan qaldırılıb. İcarə haqları əvvəlki səviyyəsinə salınıb və deputat Fərhad Qəribov rayona dəvət edilib.

Etirazçıları polis rəisi qəbul edib, onlar dinlənilib və qiymətlər bundan sonra aşağı salınıb.

Polis rəisi tərəfindən etirazçılarla birgə qəbul edilən hüquq müdafiəçisi bildirib ki, polis 3 nəfəri saxlayıb. Saxlananlardan ikisi etirazçı, digəri isə İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikovanın müavini Baba Mikayılovdur.
XS
SM
MD
LG