Accessibility links

Kubaya qarşı məhdudiyyətlər yüngülləşdirilir


Obama administrasiyası Kubaya qarşı məhdudiyyətlərin yüngülləşdirildiyini bəyan edib.

Bununla ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi qarşıya məqsəd qoyulub.

ABŞ və Kuba arasında elmi, humanitar, iqtisadi və ticari qaydaların tənzimlənməsinə dair sənəd təsdiq edilib.

Fikir ayrılıqlarının aradan qaldırılmasının ən yaxşı yolu əməkdaşlıqdır

Prezident Obama deyib ki, insan haqları və demokratiya sahəsində fikir ayrılıqlarının hələ də mövcud olmasına baxmayaraq, fikir ayrılıqlarının aradan qaldırılmasının ən yaxşı yolu əməkdaşlıqdır.

Obama administrasiyası Kuba ilə ortaq səhiyyə layihələri həyata keçirməyi və Kubanın infrasktrukturu, habelə bank sisteminin inkişafına yardım etməyi planlaşdırır.

Kubalıların elmi araşdırmaları üçün təqaüdlər ayrılması da qarşıya məqsəd qoyulub.

İndən belə amerikalılar vətənə istədikləri miqdarda Kuba siqarı və romu gətirə bilərlər.
İndən belə amerikalılar vətənə istədikləri miqdarda Kuba siqarı və romu gətirə bilərlər.

"Bu addımların konstruktiv dəyişiklikləri sürətləndirməsi və həm kubalılar, həm də amerikalılar üçün daha geniş iqtisadi fürsətlər yaranması üçün böyük potensial var," deyə maliyyə naziri Ceykob Lyu bildirib.

Kuba ilə əlaqələrin normallaşması yolunda atılan bir addım kimi dəyişikliklrə oktyabr ayının 17-də qüvvəyə minəcək.

XS
SM
MD
LG