Accessibility links

Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda qərar verib


Krım məhkəməsi Ukraynanın saxlanılan 24 dənizçisindən 12-nin iki ay müddətinə həbsi haqda qərar çıxarıb. Digər dənizçilər haqqında da çərşənbə axşamı və çərşənbə günü keçiriləcək məhkəmə dinləmələrində eyni qərar veriləcəyi gözlənilir.

Rusiya Ukrayna dənizçilərini Rusiyanın su hövzəsinə qeyri-qanuni daxil olmaqda və sərhəd mühafizəçilərinin xəbərdarlıq siqnallarına əhəmiyyət verməməkdə ittiham edib.

Ukrayna parlamenti bazar ertəsi günü ölkənin 27 bölgəsindən 10-da çərşənbə günündən başlayaraq hərbi vəziyyətin tətbiq edilməsinə səs verib.

Hərbi vəziyyət 30 gün müddətində tətbiq edilir.

BMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş

Ukrayna prezidenti Petro Poroşenko deyib ki, hərbi vəziyyət “Rusiya Federasiyası tərəfindən beynəlxalq qanuna görə aqressiya aktları fonunda Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə” kömək edəcək.

Ukrayna öz gəmilərinin heç bir yanlışlığa yol vermədiyini və Qərbin Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək istədiyini bildirib.

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna və Rusiyanı regionda gərginliyin daha da artmasına yol verməmək üçün “maksimum təmkin göstərməyə” çağırıb.


XS
SM
MD
LG