İraqın şimalında polis Kərkük şəhərindəki xristian kilsəsinin qarşısında maşına yerləşdirilmiş bombanın partladığını xəbər verib. Partlayış nəticəsində azı 23 adam yaralanıb.
Rəsmilər partlayışın kilsə binasına, habelə geniş ərazidəki evlərə zərər vurduğunu deyir.
2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən öncə İraqda 1.2 milyon xristian yaşayırdı. Lakin Əl-Qaidanın İraqda törətdiyi zorakılıqlar fonunda çox sayda xristian ölkəni tərk edib.
2010-cu ilin oktyabrında Əl-Qaida militantları Bağdadda xristian kilsəsini zəbt etdikdən sonra orada 46 ibadətçini öldürmüşdülər.