Kreml cümə günü bildirib ki, onlar Birləşmiş Ştatların kabel və rəqəmsal provayderlərin Rusiyanın Russia Today televiziya kanalını Vaşinqtonda yayımdan çıxarılması addımını araşdırır.
Kremlin sözçüsü Dmitri Peskov müxbərlər qarşısında çıxış edərək bildirib ki, hüquqşünaslar qərarı yaxından araşdırır. Əlavə edilib ki, hüquqşünaslar bu qərarın qeyri-qanuni və ayrı-seçkilik olduğu güman edir.
Rusiya hökümətinin maliyyələşdirdiyi ingilisdilli xəbər kanalı peyk vasitəsilə yayımlanmağa davam edəcək. Lakin Vaşinqton ərazisində həmin siqnalları yayan stansiyalar şənbə günü fəaliyyətini dayandırıb. Bununla bərabər kabel operatorları da kanalı öz televiziya kanalları siyahısından çıxarıb.