Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman Əbdüləziz telefon söhbəti zamanı qlobal enerji bazarlarında koordinisiya səylərini müzakirə ediblər. Bu haqda Kremlin açıqlamasında bildirilir.
Rəsmi Moskva iki liderin Rusiya və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əməkdaşlıqdan razılıqlarını ifadə etdiklərini bildirib.
“Rusiya ilə Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı münasibət ifadə edilib” – deyə, Kremlin açıqlamasında bildirilir.
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı münasibət ifadə edilib.
Rusiya, digər aparıcı neft istehsalçıları və neft ixrac edən ölkələrin OPEK təşkilatı qlobal neft bazarlarının balanslaşdırılması və qiymətlərin dəstəklənməsi məqsədilə yanvar ayından başlayaraq neft istehsalını birgə olaraq gündə 1.2 milyon barel səviyyəsində ixtisar etmək haqda razılıq əldə edib.
OPEK və təşkilata daxil olmayan digər neft istehsal edən ölkələrin nazirlər səviyyəsində növbəti görüşü aprel ayının ortalarında Vyanada keçirilməlidir.