Accessibility links

Kreml peyvəndləmə hədəflərini qarşılamadığını bildirir


Rusiya ölkənin Hindistanda ilk dəfə təsbit edilmiş olduqca yoluxucu Delta variantının yayıldığı və ləng peyvəndləmə getdiyi bir vaxt COVID-19 ölümləri ilə əlaqədar gündəlik rekordla bağlı məlumat verib.

29 iyun tarixli rəsmi hökumətin hesabatına görə, Rusiyada son 24 saat ərzində koronavirusdan 652 ölüm faktı qeydə alınıb, bu isə 2020-ci ilin dekabrında qeydə alınan rekordu ötmək deməkdir. Eyni zamanda, ölkə üzrə bir gündə qeydə alınan infeksiyalar da artaraq 20616-ya çatıb. Nəticədə Rusiyada ümumi yoluxmalar 5.5 milyona yüksəlib.

İyunun 29-na olan başqa bir bədbin xəbər isə Kreml hökuməti tərəfindən payız üçün təyin olunan peyvəndləmə hədəfinin yerinə yetirilməyəcəyidir.
Son bir neçə həftə ərzində Moskva və ikinci ən böyük şəhər Sankt-Peterburqda yoluxmaların artması müşahidə olunub və şəhər rəhbərliyi virus məhdudiyyətlərini yenidən tətbiq etməyə başlayıb.

İyulun 2-də Avropa Çemopionatı-2020-nin 1/4 finalına ev sahibliyi etməli olacaq Sankt-Peterburq da COVID göstəricilərinin yeni yüksək səviyyəyə çatdığını bildirib - əvvəlki gün 119 ölüm. Moskvada isə eyni dövrdə 121 ölüm halı qeydə alınıb. Buna qədərki gündə isə paytaxtda bir gündə 124 ölüm halı ilə rekord qeydə alınmışdı.

Moskva Meri Sergey Sobyanin Delta variantının paytaxtdakı hadisələrin 90%-ni təşkil etdiyini bildirib. İyunun 29-da yoluxmaların sayı 6209-a bərabər olub.
İnfeksiyaların yayılmasının qarşısını almaq üçün Sobyanin müəssisələrə peyvənd olunmayan işçilərin 30%-ni qaytarmağı, restoranlara isə yalnız son yarım ildə peyvənd edilmiş və ya yoluxmuş şəxslərin buraxılmasına dair sərəncam verib.

Moskva məcburi vaksinasiya tətbiq edən ilk Rusiya şəhəri olub və xidmət sənayesi işçilərinin ən azı 60%-nin avqustun ortalarına qədər peyvəndlənməsini tələb edilir. Moskvanın ardınca başqa bəzi bölgələr də bu cür addımlar atıb.

XS
SM
MD
LG