2018-2020-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana 1,6 milyard dollar ayıracaq. Bu barədə AİB-in rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Azərbaycanda əməliyyatlar üzrə təsdiqlənmiş biznes- plana görə, AİB 2018-ci ildə $700 mln., 2019 və 2020-ci illərdə $450 mln. ayıracaq.
Vəsait su (infrastruktur), nəqliyyat (avtomobil və dəmir yolları), energetika və dövlət sektorunun idarə olunması üzrə layihələrə yönəldiləcək.