Accessibility links

Krımda kollecə hücumu 18 yaşlı tələbə törədib


Çərşənbə günü 18 yaşlı tələbə Krımda texniki kollecdə 19 nəfəri öldürüb, 50-dən çox insanı yaralayıb.

Polis silahlı şəxsin Vladislav Roslyakov olduğunu bildirir. O, Qara Dəniz sahilindəki Kerç şəhərində yerləşən kollecin dördüncü kurs tələbəsi olub.

O, soyuqqanlı şəkildə tələbə və müəllimləri güllələyirdi.

Roslyakov hadisə yerində ölü tapılıb. Onun intihar etdiyi güman edilir.

Müstəntiqlər və kollecin direktoru deyib ki, silahlı şəxs partlayış baş verəndən sonra Kerç Politexnik Kollecində qarşısına çıxan hər kəsə atəş açıb.

"O, soyuqqanlı şəkildə tələbə və müəllimləri güllələyirdi," deyə Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasının regional lideri Sergey Aksyonov bildirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Vladimir Putin hərtəfərli istintaqın başladılmasına göstəriş verib və qurbanların ailələrinə başsağlığı göndərib.

Yerli ombudsman TASS xəbər agentliyinə bildirib ki, qurbanların çoxu tələbələrdir.

53 yaralanan insandan 12-nin vəziyyəti kritikdir. Rəsmilər deyib ki, silahlı şəxsin anası tibb bacısıdır və oğlunun silahlı hücum törətdiyini və daha sonra öldüyünü bilmədən yaralıları müalicə edib.

53 yaralanan insandan 12-nin vəziyyəti kritikdir.

Səhiyyə naziri Veronika Skvortova cümə axşamı Rusiya xəbər agentliklərinə bildirib ki, ağır xəsarət alan azı 10 nəfər hava nəqliyyatı vasitəsilə əməliyyat üçün Rusiyanın digər xəstəxanalarına aparılacaq.

Qurbanların əksəriyyəti güllə yarasından ölüb, xəstəxanalara yerləşdirilən insanlar isə qəlpələrlə dolu əldəqayırma cihazın partlaması nəticəsində xəsarət alıb.

İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Skvortsova deyib ki, “uşaqların əzələləri kiçik metal obyektlərdən kəsilib.”

“Orqanlarında kəsiklər yaranan xəstələrin böyrəkləri, bağırsaqları və damarlarında metal toplar tapmışıq. Yəni partlayış bu dərəcədə gücü olub” , o söyləyib.

Prezident Putin Moskvada keçirilən mətbuat konfransında deyib ki, hücumda digər bir şəxsin də iştirak etdiyi mümkündür və müstəntiqlər hücumun arxasındakı səbəbləri araşdırırlar.

Kerç, Krım
Kerç, Krım

Rusiya rəsmiləri hadisə ilə bağlı bir neçə versiya irəli sürüb. İlk öncə onlar qaz partlayışının olduğunu, daha sonra məktəbin kafeteriyasında terror hücumu nəticəsində partlayışın baş verdiyini bildirib.

Rusiyanın Milli Terrora Qarşı Mübarizə Komitəsi daha sonra hücumun terror deyil, kütləvi qırğın olduğunu bildirib.

XS
SM
MD
LG