Accessibility links

Virgin Galactic sərnişin kosmik gəmisinin qəzaya uğramasının səbəbləri araşdırılır


ABŞ-ın dövlət təhqiqatçıları bildirir ki, keçən həftə ölümlə nəticələnən qəzadan öncə Virgin Galactic sərnişin kosmik gəmisinin eniş sistemi vaxtından əvvəl işə salınıb.

ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi heyətinin hazırki sədri Kristofer Hart müxbirlərə bildirib ki, SpaceShip Two-nun pilotlarından biri gəmi lazımı sürətə çatmamış “fezer” sistemini açıb.

Lakin Hart israrla deyib ki, “fezer” sisteminin bu qəzada bir rol oynadığını ehtimal etmək hələ çox tezdir.

“Mən yenə də vurğulamaq istəyirəm ki, biz səbəbi hələ də müəyyənləşdirməmişik. Mən demirəm ki, bu qəzanın səbəbi budur. Onun səbəbini müəyyən etmək üçün bizi hələ aylarla sürəcək instintaqı gözləyirik. Biz təlimlə bağlı problemləri, sınağı davam etdirmək üçün lazımı təzyiqin olub-olmadığını, təhlükəsizlik mədəniyyəti, tərtibat və üsulu araşdıracağıq. Səbəbi müəyyən etmədən öncə bir çox məsələni geniş şəkildə araşdırmalıyıq.”

Hart bildirib ki, gəminin motoru və yanacaq çənlərininə ziyan vurulmayıb və bu o deməkdir ki, heç bir partlayış baş verməyib.

SpaceShip Two ötən cümə sınaq uçuşu zamanı Kaliforniyanın Mohave səhrasının üzərində qəzaya uğrayıb, nəticədə pilotlardan biri 39 yaşlı Maykl Alsburi həlak olub. Digər pilot Sibold isə gəmidən tullanaraq paraşütla yerə enib, lakin nəticədə ciddi xəsarətlər alıb.

Britaniyalı sahibkar Riçard Brensona məxsus olan kosmik gəmi altı sərnişini bir neçə dəqiqə kosmos kənarında cəkisizlik şəraitində saxlayıb dünyaya geri gətirirmək üçün nəzərdə tutulub.

Bu qəza ABŞ-da özəl kosmik şirkətinin ötən həftə uğradığı ikinci qəzadır. Bir neçə gün öncə Beynəlxalq Fəza Stansiyasına yük gəmisi göndərmək üçün nəzərdə tutulan pilotsuz idarə edilən raket Atlantik okeanın Virciniya ştatı sahilində NASA uçuş mərkəzindən havaya qalxdıqdan bir neçə saniyə sonra partlamışdı.

XS
SM
MD
LG