Accessibility links

Braziliyanın sabiq prezidenti azadlığa buraxılıb


Ötən həftə hakimin qərarından sonra həbsxanadan azad edilən Braziliyanın sabiq prezidenti Mişel Temer bazar ertəsi gecə San Paolodakı evinə geri dönüb.

Federal prokurorluq Temeri müxtəlif sxemlərdən istifadə edərək 472 milyon dollar məbləğində (1,8 milyard Real) rüşvət almaq və "cinayət qruplaşmasına" başçılıq etməkdə təqsirli bilib.

Temer hər hansı bir qanun pozuntusunu inkar edib.

Çərşənbə günü prokurorlar hakimin Temeri azad etməsi qərarına etiraz etməyi planlaşdırır.

Temer korrupsiyaya qarşı mübarizənin nəticəsi olaraq həbs olunan ikinci sabiq prezidentdir. Keçmiş prezident Luis İnasio Lula da Silva korrupsiya görə 12 ildən çox müddətə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG