Accessibility links

Azərbaycanda yeni COVİD-19 antirekordu - 988 nəfər yoluxub, 11 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 52 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 42 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı 9 405 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 426, ötən müddət ərzində isə ümumilikdə 1 319 474 test aparılıb.

Oktyabrın 28-də COVİD-19 statistikası
Oktyabrın 28-də COVİD-19 statistikası

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG