Accessibility links

Koronavirus səbəbilə bir gün ərzində ölənlərin sayı rekord həddə çatıb


Şənbə səhər koronavirus səbəbilə bir gün ərzində ölənlərin sayı rekord 86 nəfərə çatıb.

Koronavirus səbəbilə ən son ölən insanlar arasında virusun episentri olan Uhanda ölən ABŞ vətəndaşı var. Bu barədə şənbə günü Pekindəki ABŞ səfirliyinin rəsmiləri xəbər verib.

Səfirlik bildirib ki, 60 yaşlı amerikalı fevralın 6-da həyatını itiib. Uhanda həmçinin yoluxucu pnevmoniya səbəbilə bir Yaponiya vətəndaşı ölüb. Onda pnevmoniyaya koronavirusun səbəb olduğunu güman edilsə də, bu məlumat təsdiq olunmayıb.

Uhanda koronavirusa yoluxan xəstələr
Uhanda koronavirusa yoluxan xəstələr

Birləşmiş Ştatlar Çinə və ölümcül koronavirusun təsirinə məruz qalmış digər ölkələrə virusun yayılmasına qarşı mübarizə üçün 100 milyon dollarlıq yardım təklif edir. Çində koronavirus səbəbilə ölənlərin sayı 722-ə çatıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo cümə günü deyib ki, "bu yardım habelə Amerikadakı özəl sektorun cömərd şəkildə ianə etdiyi yüz milyonlarla dollar dəyərində yardım ABŞ liderliyinin epidemiyaya cavabının güclü olduğunu göstərir”.

Cümə günü isə ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinin koronavirusla mübarizə səylərini tərifləyib. Şi epidemiya ilə bağlı ilk xəbərdarlıq edən həkimin koronavirus səbəbilə ölümündən sonra ölkə daxilində artan qınaqlarla üzləşir.

Tramp cümə günü Şi ilə telefon danışığından sonra Çinin epidemiyaya cavabını alqışlayıb və deyib ki, Şi “çox uğurlu olacaq əməliyyata” rəhbərlik edib. Tramp cümə günü Twitter-də də Şini alqışlayıb və onu “güclü, kəskin və diqqətli” adlandırıb.

Li Venlianq
Li Venlianq

Kommunist Partiyasının rəsmiləri tərəfindən dekabr ayında yeni, müəyyən olunmamış virus barədə xəbərdarlıq etdiyinə görə senzura olunan çinli həkimin ölümü internetdə partiya rəsmilərinə qarşı qəzəbə səbəb olub.

Polis cümə günü yerli vaxtla səhər saatlarında Uhan Mərkəzi Hospitalında vəfat edən Dr. Li Venlinqi “internetdə şayiələr yaymaqda” və “sosial nizamı ciddi şəkildə pozmaqda” ittiham edib.

Lakin bir çoxları, o cümlədən Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin baş alimi Zeng Quanq daxil olmaqla bir çoxları onu tərifləyib.

"Uhan epidemiyası barədə epidemiyanın ilkin mərhələlərindən bəri məlumat yayan qəhrəman Dr. Li Venlianaq ölümsüzdür" – deyə, Zenq Sina Weibo mikrobloq səhifəsində yazıb.

Hakim Kommunist Partiyasının People’s Daily qəzeti Twitter səhifəsində “Biz uhanlı həkim Li Venlinaqın ölümünə görə dərin hüzn hissi duyuruq. Li onu xilas etmək üçün bütün səylərə baxmayaraq həyatını itirdi” yazıb.

XS
SM
MD
LG