Prezident Vladimir Putin Rusiya həkimlərini İkinci Dünya Müharibəsi dövründə faşistlərlə döyüşən Qızıl Ordunun qəhrəman əsgərləri ilə müqayisə edib.
Rusiya lideri keçən həftə koronavirus səylərinə görə həkimlərə xüsusi mükafatların təqdimatına fərmanlar imzalayıb.
Lakin Rusiyanın bir çox həkimi etdikləri fədakarlığa görə xalq tərəfindən qiymətləndirilmədiklərini, hökumətin onlara və xəstələrə münasibətinə görə qəzəblərini ifadə edib. Onlar Çinin Uhan şəhərində ilk dəfə ortaya çıxan yeni virusun səbəb olduğu yoluxma və ölüm halları ilə bağlı hökümətin açıqladığı rəqəmləri şübhə altına alır.
Ölkədə adətən qoruyucu avadanlıq çatışmazlığınsa danışşılarkən zəif resurslara malik olan tibb işçiləri müdafiə edilir.
Rusiyanın Ali Məhkəməsi ölümcül koronavursla bağlı “saxta xəbərləri”n müzakirəsini qadağan edərək belə xəbərlərin ictimaiyyət arasında yayılmasına görə 5 illik həbs cəzası tətbiq edib.