Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 53 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 4-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 336 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 433-ü sağalıb, 4978-i vəfat edib, aktiv xəstə sayı 1006-ya yüksəlib.
Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 679, hazırkı dövrədək isə ümumilikdə 3 787 089 test aparılıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.