Accessibility links

İki Koreya sərhədi minalardan təmizləyir


Cənubi Koreyanın hərbi qüvvələri Şimali Koreya ilə gərginliyi azaltmaq və bölünmüş yarımadada etibarın yaradılması məqsədilə aralarındakı sərhəd boyunca əraziləri minalardan təmizləyir.

Bazar ertəsi başlayan layihə keçən ay Şimali Koreyanın paytaxtı Pxenyanda ölkənin lideri Kim Conq Unla Cənubi Koreya prezidenti Mun Cae-in arasında imzalanmış müqavilə əsasında həyata keçirilir.

Panmunconda Birgə Təhlükəsizlik Zonası adlanan ərazidə minalar növbəti 20 gün ərzində zərərsizləşdiriləcək.

Müqaviləyə əsasən həmçinin Birgə Təhlükəsizlik Zonasından təhlükəsizlik postlarının və silahların yığışdırılması və ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Zonada yalnız silahsız qoşunlar qalacaq.

Birgə Təhlükəsizlik Zonası 250 kilometrlik “hərbsizləşdirilmiş zona” boyunca hər iki Koreyanın qoşunlarının üz-üzə olduğu yeganə yerdir.

XS
SM
MD
LG