Accessibility links

Kollecə hücum edən şəxsə qarşı ittihamlar irəli sürülüb


Bazar ertəsi Kaliforniya ştatının Oukland şəhərinin hakimi Xristian kollecinə hücum edərək, 7 nəfəri qətlə yetirən şəxsə qarşı yeddi maddə üzrə ittiham irəli sürüb. Bu gün hakim ona qarşı irəli sürülən ittihamları anlayıb-anlamadığını soruşanda One Qoh sakitcə "bəli" deyib.

Qoha qarşı eləcə də qətlə cəhd etmək üzrə daha üç maddə üzrə ittiham irəli sürülüb ki, bütün bu ittihamlar təsdiq olunarsa, One Qoh edam cəzası ilə üzləşə bilər.

One Qoh əsasən koreyalı-amerikalıların təhsil aldığı Oykos universitetinə girərək, güllə ilə 7 nəfəri öldürmüş, üçünü yaralamışdı.

Polisin sözlərinə görə qatil onu davranış problemlərinə görə universitetdən xaric etmiş müdriyyət işçilərini və onun ingilis dili qabiliyyətini lağa qoyan tələbələri hədəf almışdı.



XS
SM
MD
LG