Accessibility links

Koreyalı ailələr Şimali Koreyada bir araya gələcək [Video]


Koreyalı ailələr Şimali Koreyada bir araya gələcək
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Bazar günü onlarla yaşlı koreyalı Şimali Koreyada olan ailə üzvləri ilə bir araya gəlmək üçün Cənubi Koreyanın Şimali Koreya ilə sərhədinə toplaşıb. Bazar ertəsi bəzi insanlar 1950-ci ildə Koreya Müharibəsi nəticəsində iki ölkə bölünəndən sonra qohumları ilə ilk dəfə görüşəcək. Bir çoxları deyir ki, onlar ailə üzvlərini yenidən görə bildikləri üçün özlərini xoşbəxt hiss edir.

Mən uşaq ikən qardaşım və valideynlərimi itirdim, amma qardaşım valideynlərini, qardaş-bacılarıni, dostlarını, evini itirdi və bəlkə də həyatını bunların həsrəti ilə keçirdi. Bunun düşüncəsi belə ürəyimi parçalayır
Li Su Nam

Ailələri ilə görüşmək üçün seçilən insanlar bazar günü sərhəddə yerləşən Sokço şəhərinə toplaşıb. Onlar orada Şimali Koreyaya üç günlük səfər etmədən öncə təlim sessiyasında iştirak edib və tibbi yoxlanışdan keçib.

“İştirakçıların çoxu yaşlıdır və onların çoxu hipertoniya, diabetdən əziyyət çəkir və başqa səhiyyə problemləri var. Biz onların sağlamlığını hərtərəfli yoxlayırıq ki, onlar tədbirlərdə iştirak edə bilsin” – deyə Seul Qırmızı Xaç Hospitalının həkimi Han Sanq-Co bildirib.

Şimali Koreyada qohumları ilə görüşmək şansı əldə etmək üçün 57 mindən çox insan müraciət edib. Lakin bu qısa görüşlər üçün yalnız 93 nəfər seçilib. Görüşlər bazar ertəsi Şimali Koreyanın Mount Kumqanq adlı turistik kurortda başlayacaq. Görüşlərdə 88 şimali koreyalının iştirakına icazə verilib.

Cənubi koreyalı Li Su Nam Şimali Koreyada böyük qardaşı ilə görüşəcək.

“Mən uşaq ikən qardaşım və valideynlərimi itirdim, amma qardaşım valideynlərini, qardaş-bacılarıni, dostlarını, evini itirdi və bəlkə də həyatını bunların həsrəti ilə keçirdi. Bunun düşüncəsi belə ürəyimi parçalayır”, o deyir.

94 yaşlı bu nənə isə oğlunun qızını ilk dəfə görəcək.

“Mən xoşbəxtəm. Oğlumu görməyəcəm, amma nəvəmi görəcəyim üçün çox xoşbəxtəm” – deyə, Kvok Seok bildirir.

Ailələr üç gün ərzində şimali koreyalı qohumları ilə altı üz-üzə görüş keçirəcək. Koreya ailələrin görüşünün son raundu fevral ayında Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunları ərəfəsində iki ölkə arasında münasibətlər istilənəndən sonra keçirilir. Şənbə günü Cakartada keçiriləcək Asiya Oyunlarının açılışından öncə iki ökənin nümayəndələri arasında görüş baş tutacaq.

XS
SM
MD
LG