Cənubi Koreyada gəminin batmasından sonra xilas edilən məktəb direktoru müavini intihar edib.
Xəbər itkin düşən 270 adamın sağ qalacağına dair ümidlərin azaldığı bir vaxta təsadüf edir.
52 yaşlı Kang Min-kyu məktəb gəzintisinə gedən 325 şagirdin qrup rəhbəri idi.
Polis onun ağacdan kəməri ilə asılmış cəsədini idman komplesksi yaxınlığında aşkar edib. Onun yazdığı məktubda sağ qaldığı üçün özünü günahkar hesab etdiyi deyilir.
Bərənin batması ilə 28 adam həlak olub. 179 nəfər xilas edilib. Lakin ölənlərin sayının daha yüksək olduğu ehtimal edilir.
Əksəriyyəti məktəb şagirdləri olmaqla yüzdən çox insan hələ də itkindir.
Qəzanın səbəbi bəlli deyil.