San Fransisko ərazisində evlərin qiymətləri bir çoxları üçün əlçatmazdır. Ona görə də gənc sahibkarlar, sənətçilər və texnologiya sənayesi işçiləri yük konteynerlərindən özlərinə ev düzəldirlər. Lakin bu həm ixtiraçılıq qabilyyəti, həm də məhdudlaşdırıcı yerli qanunlarla mübariza aparmağı tələb edir.
İnsanlar bunu gizli saxlayırlar, çünki dövlət müəssisələri onların qanunlarına riayət etmədiyinizdə sizi cərimələyirlərLük Aysman
Sənətçi Hezer Stüart bu balaca icmada yük konteynerləri və ya başqa növ balaca evlərdə yaşayan və işləyən 20 insandan biridir. O, su borusu sistemini və elektriki quraşdırır.
“Bizim kifayət qədər alətimiz var ki, bir-birimizlə bölüşək və hamının inşa etmək istədiyi yer üçün lazımı vəsaiti var,” deyə Hezer bildirib.
Stüart və Lük Aysman aprel ayında şəhər rəsmiləri onların konteyner evlərini dostları ilə birgə Oaklanda aldıqları ərazidən çıxmalarını tələb edəndən bəri bura köçüblər. Onlara yerli zonalaşdırma kodlarını pozduqları bildirilib.
Dostlar gizli bir yerdə anbara köçüblər. Orada onlar dostları ilə birgə 12 konteyner quraşdırıblar və hər konteynerin qiyməti 2 min dollardır.
“Damdan su sızmır və yer hamardır. Yəni burda estetik baxımdan dəyişikliklər olub,” deyə Stüart bildirib.
Evlərin strukturları sənətçilər və burada yaşayan digər insanlara uyğunlaşdırılır.
Kamil Makreyin sözlərinə görə, “bu məkanda olmaq olduqca maraqlıdır, çünki burada eyni işlə məşğul olan digər insanlar var. Ümumiyyətlə bu qədər fikir zənginliyi və fikir mübadiləsinin olması maraqlıdır.”
Gözdən uzaq yerlərdə bunun kimi başqa icmalar da ola bilər.
Lük Aysman deyir ki, “insanlar bunu gizli saxlayırlar, çünki dövlət müəssisələri onların qanunlarına riayət etmədiyinizdə sizi cərimələyirlər."
Aysman və dostları deyir ki, əlverişli evlərin olmaması problemin yaradıcı həllərinə yol açır.