Accessibility links

Konqresdə tarixi gün - İmpiçment dinləmələri


Konqresdə impiçment dinləmələri
please wait

No media source currently available

0:00 0:03:08 0:00

ABŞ prezidenti Donald Tramp Amerikanın müasir tarixində ictimai impiçment dinləmələri ilə qarşılaşan üçüncü prezidentdir. Konqresin Nümayəndələr Palatasındakı demokratlar Dövlət Departamentində iki əsas şahidi dinləmələrə dəvət edərək, prezident Trampın 2020-ci il prezident seçkilərində ona siyasi baxımdan kömək edə biləcək informasiyanın verilməsi üçün Ukraynaya təzyiq göstərməklə səlahiyyətlərindən sui istifadə edib-etməməsi məsələsini Amerika xalqının diqqətinə çatdırmağa başlayıb.

ABŞ-ın iki diplomatı ilk dəfə olaraq prezident Trampın öz siyasi maraqlarını irəlilətmək üçün ABŞ-ın Ukrayna ilə bağlı siyasətini şəxsi vəkili Rudi Culianiyə həvalə etməsinə dair iddialarla bağlı ifadə veriblər.

Səfir Vilyam Teylor.

“Mən Ukrayna ilə bağlı ABŞ-ın siyasətinin dolaşıq və qeyri-adi olduğunu düşünürdüm. ABŞ-ın Ukrayanada xarici siyasətinin yürüdülməsində iki kanalın mövcud olduğu askar oldu. Bunlardan biri adi, digəri isə son dərəcədə qeyri-adi idi.”

Səfir Teylor və Dövlət Departamentinin Ukrayna üzrə yüksək səviyyəli rəsmisi Corc Kent Nümayəndələr Palatasındakı qanunvericilərə bildiriblər ki, Trampı Ukraynanın onun siyasi rəqibi Co Bayden və onun oğlu ilə bağlı təhqiqata köməyi Konqresin Ukraynaya ayırdığı 400 milyon dollarlıq yardımın çatdırılmasından daha çox maraqlandırırdı.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff.

“İmpiçment araşdırmasında təqdim edilən suallar bunlardan ibarətdir. Prezident Tramp bu müttəfiq ölkənin zəifliyindən istifadə etməyə və Ukraynanı bizim seçkilərə müdaxiləyə cəlb etməyə çalışıbmı? Prezident Tramp Ağ Evdə görüş, ya da ABŞ-ın hərbi yardımı kimi rəsmi addımlarını Ukraynanın onun yenidən seçilməsinə kömək edə biləcək iki siyasi təhqiqata yardım göstərməyə hazır olması ilə şərtləndiribmi? Və əgər prezident Tramp bunlardan birini edibsə, hakimiyyətdən bu kimi sui-istifadə prezidentlik vəifəsi ilə bir araya gəlirmi?”

Prezident özü dinləmələrin əhəmiyyətini azaldıb.

“Burada heç bir şey yoxdur. Mən görürəm ki, onlar televiziya hüquqşünasları olan vəkillərdən istifadə edirlər.”

Tramp bununla Demokratların şahidlərin dindirilməsində iştirak edən hüquqşünasına işarə edib.”

Hüquqşünas Daniyel Qoldman.

“Siz on illərlə hərbi xidmətiniz dövrü və Birləşmiş Ştatları dünya ölkələrində təmsil etdiyiniz diplomatik təcrübəniz boyu xarici yardımın ABŞ prezidentinin şəxsi, ya da siyasi maraqları ilə şərtləndirildiyinə dair başqa bir misala rast gəlmisinizmi?”

Səfir Vilyam Teylor.

“Xeyr, cənab Qoldman, rast gəlməmişəm.”

Respublikaçıların da şahidləri dindirmək üçün öz hüquqşünası gətirilib. Lakin Respublikaçıların impiçment əleyhinə arqumentləri Trampın Konqresdəki müttəfiqləri tərəfindən dilə gətirlib.

Respublikaçı qanunverici Cim Cordan.

“Prezident Zelenski yardımın ayrılmasından əvvəl Baydenlə bağlı təhqiqata başlamalı idi, lakin yardım ayrılıb və o də araşdırma ilə məşğul olmayıb.”

Səfir Teylor.

“Cənab Cordan, mənim sizə eşitdiklərim haqda dediklərimdə yanlışlıq yoxdur.”

Respublikaçı qanunverici Cim Cordan.

“Məsələ də elə bundadır. Sizin eşitdiyiniz şey olmayıb. Bu, baş verməyib.”

Demokratlar rəy sorğularında amerikalar arasında Trampın impiç edilməsinə böyük dəstəyə görə ictimai dinləmələri keçirməklə qələbəyə nail olacaqlarına ümid bəsləyir.

İctimai dinləmələrə daha doqquz şahid dəvət ediləcək. Nümayəndələr Palatasının impiçment maddəsini bu ilin sonuna qədər səsə qoyacağı gözlənilir. Bu addım isə vəzifəsindən kənarlaşdırıb-kənarlaşdırılmasını müəyyən etmək üçün prezident Trampın Senatda məhkəməsinə yol aça bilər.

XS
SM
MD
LG