Accessibility links

Konqres liderləri növbəti yardım paketini müzakirə edir


Konqres liderləri növbəti yardım paketini müzakirə edir
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Birləşmiş Ştatlarda dörd milyondan çox koronavirusa yoluxma halı qeyd edildiyi zaman bir sıra ştatlar karantindən çıxmaq üçün tədbirləri ləngidir. Məhdudiyətlərin davam etdirilməsi işsiz qalan insanları qeyri-müəyyənlik qarşısında qoyur. Konqres liderləri Senatdakı Respublikaçıların təqdim etdiyi koronavirusla əlaqədar növbəti yardım paketi ətrafında müzakirələri davam etdirir.

Birləşmiş Ştatlarda koronavirusa təsdiq olunmuş yoluxma hallarının sayı artır.

Ağ Evin aparatının rəhbəri Mark Medouz.

“Biz daha çox test keçirdiyimizə görə daha çox yoluxma halı aşkar edirik. Lakin həqiqətən də ölüm hallarını azaltmaq üçün qocalar evləri, uzun müddətli baxım mərkəzlərinə diqqət yönəltməliyik, çünki onlar daha çox risk qarşısındadır.”

Səhiyyə ekspertləri testrlərin artırılmasının yeni yoluxmaların sayının artmasında bir çox faktorlardan biri olduğunu deyir. Bir çox ştatlarda rəsmilər virusun yayılmasına federal cavabı tənqid edir.

Nyu Meksiko ştatının qubernatoru Lujan Qrişam.

“Biz ölkədə baş verənlərin ümidinə qalmışıq. Ölkə üzrə heç bir strategiya, ictimai səhiyyəyə heç bir investisiya yoxdur, hər şey “bu, yalandır”dan başlayıb. Bu, ölkə səviyyəsində cavab verilməsi və mənim indiyə qədər heç vaxt görmədiyim şəkildə amerikalıları qorumaq məsuliyyətindən imtina edilməsidir.”

Yeni yoluxmaların artdığı bir çox ştatların məhdudiyyətlərin qaldırılmasını ləngitməsi işsiz qalmış təxminən 11 faiz amerikalının yardım paketinin onların ödənişlərini edə bilmələri üçün vaxtında qəbul edilməyəcəyi ilə bağlı narahatlıqlarına səbəb olub.

Senatdakı Respublikaçılar bazar ertəsi yeni planı açıqlayıb, lakin Demokratlarla ciddi müzakirələr davam edir.

Hazırda 600 dollar məbləğində həftəlik yardımın müddəti sona çatır və Respublikaçılar bu məbləğin azaldılmasını təklif edir.

Demokrat liderlər isə həftəlik 600 dollarlıq yardımın saxlanmasına çalışır.

XS
SM
MD
LG