Diplomatlar və hökumət rəsmiləri deyirlər ki, Konqo Respublikasının paytaxtı Brazzavill şəhərində baş vermiş silsilə partlayışlar nəticəsində çinli fəhlələrə də daxil olmaqla azı 150 adam həlak olub.
Rəsmilər bildirirlər ki, Konqo çayı sahili boyunca yerləşən sursat anbarında baş verən partlayışlar şəhəri silkələyib.
Brazzavilldə çalışan Çin konsulluğunun nümayəndəsi xəbər verib ki, dörd çinli fəhlə ölüb, ondan çoxu isə xəsarət alıb. Çin diplomatları hazırda insident barədə ətraflı məlumat almağa çalışırlar.
Dövlət xəbər agentliyi bildirir ki, ölmüş fəhlələr Pekin İnşaat Mühəndisləri Qrupunun əməkdaşları olublar.
Partlayışın səbəbi hələlik bilinmir.