ABŞ-ın şimal-şərqində yerləşən Konnektikut ştatı ölüm cəzasını aradan qaldıran ştatlar siyahısına daxil olur.
Ştatin əksəriyyəti demokratlardan ibarət olan Nümayəndələr Palatası Senatda təsdiqləndikdən bir həftə sonra, dünən 88 leyhinə 62 əleyhinə səs çoxluğu ilə qanunun ləğvinə dair qərarı qəbul edib.
Yeni qanuna görə ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz edəcək və zaminə buxarılmaq təcrübəsi tətbiq edilməyəcək.
2007-ci ildə bir evi yararaq ana və onun iki qizinı vəhşicəsinə öldürən iki qatildən birinin zaminə buraxılması cəhdinin qarşısı ötən il alınmışdı. O zaman qadının həyat yoldaşı ölüm cəzasının ləğv edilməsi qərarına ictimai şəkildə qarşı çıxmışdı.
Yeni qanun Qubernator Dannel Mallon tərəfindən imzalanacaq.