Accessibility links

Kolumbiya kokain istehsalı ilə mübarizədə yeni cihazdan istifadə edəcək


Kolumbiya polisi Birləşmiş Ştatlarla münasibətlərinə xələl gətirən və beş il ərzində sürətlə artan kokain istehsalı ilə mübarizədə yeni cihazlardan istifadə edəcək.

Polis koka ağaclarını məhv edən əməkdaşları üçün minalardan qoruyan zirehli nəqliyyat vasitəsini sınaqdan keçirir.

ABŞ-ın hesablamalarına görə, son dörd il ərzində Kolumbiyada koka yetişdirilməsi iki dəfə artıb və hal-hazırda 188 min hektar ərazini əhatə edir.

Prezident Donald Tramp ABŞ-a kokain ixracının azaldılması ilə bağlı ciddi addımlar atılmayacağı halda Kolumbiyaya narkotiklər əleyhinə dəstəyi dayandıracağını bildirib.

XS
SM
MD
LG