Accessibility links

Kofi Annan Suriyaya səfər edib


BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan Suriyaya səfər edib. Bu gün o, prezident Bəşar Əl-Əsədlə görüşü zamanı zorakılıqlara son qoyulmasına çağırıb. Suriya mətbuatı görüşü müsbət qiymətləndirir. Kofi Annan Suriyanın silahlandırmasının ölkədə vəziyyəti daha da ağırlaşdıracağı deyib. Annan bildirib ki, Suriya böhranının həlli məqsədi ilə hədsiz gücdən istifadə edilməsi bütün regiona mənfi təsir bağışlaya bilər. BMT-nin sabiq baş katibi böhranın siyasi yolla həllinə çağırıb.

Suriya prezidenti isə sülhün bərqərar edilməsi üçün bütün səyləri dəstəkləyəcəyinə vəd verib.

Suriya qüvvələri isə müxalifət döyüşçülərə qarşı hücumları davam etdirir. Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hökumət əsgərləri İdlib vilayətində kəndlərə hücum edir. Hücumların nə qədər insanın ölümünə və ya yaralanmasına səbəb olduğu məlum deyil.

Ərəb Liqasının üzvü Qətərin nümayəndəsi Qahirədə keçirilən görüş zamanı Suriyanın döyüşlər gedən bölgəsinə ərəb qüvvələrinin göndərilməsini təklif edib.

BMT isə bildirir ki, Suriya humanitar yardımlara maneəsiz imkan yaratmaqdan imtina edir. Təşkilatın humanitar yardımlar proqramının rəhbəri Valeri Amos Suriya rəsmilərinin hücumlara məruz qalan günahsız insanlar yardım çatdırılması razılığının nəzərdən keçirilməsi üçün əlavə vaxt istədiyini deyib. Dünən Ankarada müxbirlərlə görüşən Amos bildirib ki, Suriya rəsmiləri zorakılıqlara məruz qalnlar haqda məhdud məlumat verir.

XS
SM
MD
LG