Accessibility links

Koçaryana qarşı yeni ittiham - külli miqdarda pul mənimsənilməsi


Ermənistanın İstintaq Xidməti daha öncə konstitusiya quruluşunun devrilməsinə görə həbsdə olan sabiq prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb.

"Koçaryan Cinayət Məcəlləsinin külli miqdarda rüşvət amaq maddəsinə əsasən ittiham olunub", sabiq prezidentin hüquqşünaslardan ibarət komandası məlumat verib.

Ermənistanın sabiq prezidenti həmçinin "konstitusiya quruluşunu devirmək" maddəsi ilə ittiham olunub.

1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryan iyulun 26-sı konsytitusiya quruluşunun devrilməsində ittiham olunub. Ona qarşı ittihamlar 2008-ci ilin 1 mart hadisələri ilə bağlı cinayət işi çərçivəsində irəli sürülüb.

2008-ci ilin martın 1-i Serj Sarkisyanın qalib olduğu prezident seçkilərindən sonra etiraz aksiyaları olub. Silahlılarla etirazşılar arasında baş verən qarşıdurma nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanmışdı. Bu hadisənin necə baş verdiyi və etirazçılara qarşı güc tətbiq etmək əmrinin kim tərəfindən verildiyi hələ də məlum deyil. Həmin vaxt Ermənistanın prezidenti Robert Koçaryan olub.

Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryan 11 Sentyabr 2018-ci ildə etirazçılara ordunun güllə açdığını deyib.

"Təhqiqatın gedişində ordunun təkcə 1 mart hadisələrində iştirak etmək deyil, həm də insanlara və evlərin istiqamətində atəş açdığı müəyyən olunub. Yəni ordu bu hadisələrdə tam olaraq iştirak edib. Hal-hazırda ölkəmizin sabiq liderlərinin əsgərləri muzdlulara çevirmələrini necə izah edəcəklərini bilmirəm" - deyə, o bildirib.

"1 mart hadisəsi" uzun müddət təhqiq edilməyib, lakin 2018-ci ildə "Məxməri İnqilab" və Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra yenidən bərpa olunub.

  • Ötən il iyulun 27-də sabiq prezident iki ay müddətinə həbs edilib. Koçaryanın özü əvvəllər ona qarşı ittihamları "vendetta" adlandırıb.
  • Avqustun 13-də Apellyasiya Məhkəməsi sabiq prezidentin vəkillərinin ərizələrini təmin edib və onu həbsdən azad etməsi üçün ona qarşı tətbiq olunan tədbirləri dəyişdirib. Ermənistan Milli Məclisinin 46 deputatı sabiq prezidentin azad edilməsi üçün məhkəməyə zəmanət verib.
  • Ötən ilin dekabrında Koçaryan yenidən həbs olunub.

Koçaryandan başqa "1 mart işi" üzrə həmçinin aşağıdakıların adları var:

  • Ermənistanın sabiq müdafiə naziri Mikael Artuyunyan (hal-hazırda o axtarışdadır).
  • Yuriy Xaçaturov 2008-ci ildə o yerevan qornizonuna başçılıq edib. Hal - hazırda o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir.
XS
SM
MD
LG