ABŞ dövlət katibi Hillari Klinton ötən ay səhhəti ilə əlaqədar məzuniyyətdən sonra bu gün rəsmi olaraq işə başlayıb.
Klinton Dövlət Departamentinin Vaşınqtonda yerləşən baş qərərgahında öz müavinl'ri ilə bağlı qapılar arxasında görüşl'r keçirəcək. Bu, ABŞ-ın baş diplomatının bir həftə davam edəcək görüşlərinin başlanğıcıdır. Müdafiə naziri Leon Panetta ilə Ağ Evdə görüş də buraya daxildir.
Klintonun bu həftənin sonu Dövlət Departamentində Əfqanıstan prezidenti Həmid Karzay ilə danışıqları da gözlənilir.
Xanım Klinton dekabr ayının əvvəlində mədə virusuna yoluxub. Xəstəlik müddətində o, huşunu itirərək yerə yıxılıb və başını zədələyib.
Klinton prezident Barak Obamanın Dövlət katibi postuna nominasiya etdiyi ABŞ senatoru Con Kerrinin təsdiqlənməsindən sonra vəzifəsindən istefa verməyi planlaşdırır.