Accessibility links

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş direktorunun həbsi və ekspert baxışı


Vüqar Səfərli
Vüqar Səfərli

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, KİVDF-nin icraçı direktorunun rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Vüqar Səfərli “Portos” MMC-nin direktoru Nadir Məmmədov və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsyib.

Səfərli həmçinin fond üçün icarəyə götürülmüş ofislə bağlı ağır şərtlərlə müqavilələr bağlamaqla 2011-2019-cu illər ərzində 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

O digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bu quruma nəzarət edənlər, bu qurumu kuratsiya edən şəxlər də məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, bu, bir şəbəkə idi.
Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

Vüqar Səfərli Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma, ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə və vəzifə saxtakarlığı, Nadir Məmmədov isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüqar Səfərli 1990-cı ildə Moskva Rabitə İnstitutunu bitirib. 1991-ci ilin martıda Azərbaycan Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəisi, 1996-cı ilin noyabrından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri olub.

1993-cü ilin fevralından Yeni Azərbaycan Partiyasının üzvüdür, bu partiyanın Nərimanov rayon təşkilatı sədrinin müavinidir.

2009-2020-ci illərdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olub.

KİVDF-nin fəaliyyəti bir qaya olaraq media işçiləri tərəfindən tənqid olunub. Xüsusilə jurnalistlər üçün dövlət tərəfindən tikdirilən evlərin bölünməsi zamanı haqsızlıqlara yol verilməsi ilə bağlı iddialar irəli sürülüb. Bu mənada qayralrın pozulmasında Vüqar Səfərli ilə yanaşı Prezident Administrasiyasının keçmiş vəzifəli şəxslərinn adları hallanıb.

please wait

No media source currently available

0:00 0:02:46 0:00

Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev Amerikanın Səsinə bildirib ki, medianın ağır durumunda inkişafa dəsətək məqsədi ilə ayrılan pulları mənimsəmək çox pis haldır.

“Bu quruma nəzarət edənlər, bu qurumu kuratsiya edən şəxlər də məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, bu, bir şəbəkə idi. Bura Mətbuat Şurası da, KİVDF də, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş rəhbəri Əli Həsənov da daxildir. Yəni, bunlar bir dəstə idi. Ciddi araşdırılmalıdır və hamısı məsuliyyətə cəlb olunmalıdır,” o qeyd edib.

Turan İnformasiya Agentliynin direktoru həmçinin cinayət işinin bir mesaj olduğunu deyib.

“Bu həm də yeni yaradılan Medianın İnkişafı Agentliyi ilə bağlı bir mesaj idi ki, yeni situasiya olacaq. Bu gələcək üçün bir mesajdır.”

Onun yeni yaranan agentliklə bağlı da şübhələri var.

“İşə başlasınlar görəcəyik. Bu agentlik həm administrativ, həm nəzarət, həm də kommersiya funksiyaları daşıyacaq. Əslində bu böyük problemlər yarada bilər.”

Əliyev dövlətin mətbuat və jurnalsitlər üçün imtiyazlar verməsinin əleyhinədir.

“Dövlət mediaya kommersiya strukturu kimi şərait yaratmalıdır. Belə olarsa media strukturaları özləri pul qazanıb ev də ala bilər, yaxşı əmək haqqı da verə bilər. İmtiyazlar, ev verilməsi əslində medianın ələ alınması deməkdir,” o Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG