Accessibility links

ABŞ Türkiyəni Kipr adasında neft və qaz hasilatını dayandırmağa çağırıb


Tramp administrasiyası Türkiyəni bölünmüş Kipr adasında neft və qaz hasilatını dayandırmağa çağırıb.

Dövlət Departamentinin çərşənbə axşamı açıqladığı bəyanatında Ankaranın fəaliyyətləri "regionda gərginliyin artmasına gətirib çıxaran təhrikedici addım" adlandırılıb.

Yunan kiprlilərin narazılığına səbəb olan yeni qazma gəmisinı Aralıq dənizinin Kipk sularına bazar ertəsi göndərən Türkiyə hələlik Dövlət Departamentinin bəyanatı ilə bağlı şərh verməyib.

Türkiyə özünün “Yavuz” qazma gəmisini Aralıq dənizinin şərq bölgəsinə iyun ayında yerləşdirib.

Kipr adası iki hissəyə, şimalda Türk, cənubda isə Yunan hissələrinə Yunanıstandakı hərbi çevriliş zamanı Türkiyənin 1974-cü ildə adaya ordu göndərməsindən sonra bölünüb.

Adanın cənub yunan hissəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınsa da, şimal hissəsini yalnız Türkiyə hökuməti tanıyıb.

XS
SM
MD
LG