Accessibility links

Kim Conq Un Trampla Vyetnamda zirvə görüşünə qatarla yola düşüb


Şimali Koreya lideri Kim Conq Un ABŞ prezidenti Donald Trampla ikinci zirvə görüşündə iştirak etmək üçün bazar günü qatarla sammitin keçiriləcəyi Vyetnama yola düşüb.

Şimali Koreyanın dövlət mətbuatının verdiyi məlumatla görə, onu səfərdə ABŞ-la danışıqlarda baş vasitəçi olan Kim Conq Çol və bacısı Kim Yo Conq müşayiət edir. Dövlətə məxsus xəbər agentiyi Kimin Pxenyan vağzalında qatara mindiyi və qatyardan əl etdiyini göstərən video görüntülər və fotolar yayımlayıb.

Associated Press agentiyinin müxbiri şənbə günü vağzalda Kimin əvvəllər körpü ilə Çin sərhədindəki Dandonq şəhərinə keçdiyi yaşıl və sari rənglərə boyanmış qatarı gördüyü haqda məlumat vermişdi.

Kim Conq Unun xarici ölkələrə səfərləri sirr kimi saxlanır. Şimali Koreya lideri Vyetnama yetişmək üçün qatarla minlərlə kilometr qət edərək, Çin ərazisi ilə iki gün ərzində səfər edəcək.

Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Sinqapurda ilk zirvə görüşündən sonra, 12 iyun, 2018.
Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Sinqapurda ilk zirvə görüşündən sonra, 12 iyun, 2018.

Tramp-Kim görüşü çərşənbə və cümə axşamı günləri Hanoyda keçiriləcək.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında keçən il iyun ayında Sinqapurda keçirilmiş ilk tarixi zirvə görüşü Şimali Koreyanın nüvəzisləşdirilməsi ilə bağlı ciddi müqavilələlər əldə edilmədən sona çatıb. Sammitdən sonra Vaşinqton və Pxenyan arasında nüvəsizləşdirilmə və ABŞ-ın Şimala qarşı sanksiyalar məsələlərinin ardıcıllığı ilə bağlı yaranmış gərginlik danışıqların aylarla dalana dirənməsi ilə nəticələnmişdi.

ABŞ prezidenti sammitdən sonra Şimali Koreya nüvə silahlarını aradan qaldırmayana qədər Birləşmiş Ştatların sanksiyalarının qüvvədə qalacağını vurğulamışdı.

XS
SM
MD
LG