Accessibility links

Kim Tramp ilə yeni zirvə toplantısına açıq olduğunu deyib


Şimali Koreya lideri Kim Conq Un ilin sonuna qədər ABŞ-a dayandırılmış nüvə danışıqları ilə bağlı “cəsarətli qərar” qəbul etmək üçün vaxt verəcəyini bildirərək əlavə edib ki, Vaşinqton öz mövqeyini dəyişmədiyi halda nəticələr “acınacaqlı və təhlükəli” olacaq.

Şimali Koreyanın parlament sessiyasında çıxış edən Kim bildirib ki, o, ABŞ prezidenti Donald Tramp ilə yenidən görüşməyə açıqdır, lakin bu yalnız ABŞ-ın davranışının dəyişəcəyi təqdirdə baş verə bilər. Bu barədə Şimali Koreyanın dövlət media məlumat verir.

Tramp bu həftə Kim ilə yeni görüşün keçirilməsini nəzərdən keçirdiyi, amma eyni zamanda Şimali Koreyanın öz nüvə arsenalından imtina edənədək ABŞ-ın rahatlamayacağını deyib.

Danışıqlar fevral ayında Hanoyda keçirilən Tramp-Kim zirvə toplantısınında heç bir razılıq əldə edilməməsindən sonra dayandırılıb. Şimali Koreya rəsmiləri həmin görüşdən sonra danışıqlardan çıxacaqları, o cümlədən nüvə və raket sınaqlarını bərpa edəcəkləri ilə hədələr səsləndiriblər.

Kim Tramp ilə münasibətinin “mükəmməl” olduğunu deyib. Lakin əlavə edib ki, Hanoy sammitindəki uğursuzluq Vaşintqonun münasibətləri yaxşılaşdırmaqda maraqlı olub-olmaması barədə şübhələr doğurub. “ABŞ üz-üzə oturub, problemləri həll etməyə hazır deyildi” – deyə Kim bildirib.

XS
SM
MD
LG