Şimali Koreya lideri Kim Conq Un yüksək vəzifəli rəsminin edam etdirməsindən sonra Pxenyanda Yeni İl mesajında güclü birliyə çağırıb.
Cənab Kim ötən ay qohumu və hakimiyyətdə ikinci adam hesab edilən Canq Sonq Taekin edamının hakim Əmək partiyasının tərkibində bölücülüyün aradan qaldırılması üçün vacib olduğunu deyib.
Analitiklər bildirib ki, cənab Kim hakimiyyəti devirməkdə təqsirləndirilən Canqın gözlənilməz edamının düzgün qərar olduğunu göstərməyə çalışır.
Canqın və onun köməkçilərinin vəzifədən kənarlaşdırılaraq edam edilməsi hakimiyyətin cənab Kimin əlindən çıxması ehtimalının olub-olmaması sualı yaradır. Şimali Koreya daxildə baş verən münaqişələri nadir hallarda etiraf edir.
Cənab Kim ötən ilki çıxışına bənzər olaraq, bu dəfə də digər ölkələrə təhdid və barışığa çağıran, qarışıq mesaj göndərib.
O deyib ki, Şimali Koreya qarşıdakı illərdə Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq üçün böyük səylər göstərməyə çalışacaq. Amma Şimali Koreya lideri eyni zamanda ABŞ-ı böyük nüvə fəlakəti ilə hədələyib.