Polis Cənubi Karolinanın Çarlston şəhərində afro-amerikalıların kilsəsində 9 nəfərin ölümü ilə nəticələnən qətliamda şübhəli bilinən şəxsi həbs edib. 21 yaşlı ağdərili şübhəli ailəsi və tanışları onu nəzarət video-kameralarındakı görüntülərdən müəyyən etdikdən sonra qonşu ştatda saxlanılıb.
Bu hadisə təkcə cinayət qurbanlarının ailələrinə təsir etməyib, bizim hamımıza, yalnız qaradərililərə deyil, ağdərili, yaşıldərili hər bir kəsə təsir edib
1800-ci illərdə təsis olunan Emanul Kilsəsi tarix boyu ayrıseçkilik və nifrət zəmində cinayətlərlə üzləşib. Vətəndaş haqları hərəkatı zamanı ibadət edənlər yalnız xəlvətcə toplaşa bilirdilər və hətta bir dəfə bina tamamilə yandırılıb da. Kilsənin fəaliyyətinin davam etdirməsi afro-amerikalıların möhkəmliklərinin abidəsidir, deyə Vaşinqtonda kilsə lideri bildirir.
“Kilsə və afro-amerikalıar möhkəm insanlardır. Biz uzun zaman mübarizə aparmışıq və firavan yaşamağa, inkişaf etməyə və bir olmağa davam edəcəyik.”
Çərşənbə günü baş verən qətliamdan sonra çoxlarının ağlındakı sual “niyə”-dir. Bir insan niyə ibadət evinə girib ibadət edənləri öldürub?
Bir insan haqları müdafiəçisi bu sualın cavabını Amerikanın Səsinə Skype vasitəsilə bildirib.
“Narazı bir gənc, ölkəmizdə dəyişən demoqrafiyadan, qaradərililərin nüfuzunun artmasından, hətta bəlkə prezidentin qaradərlili olmasından narahat bir gənc buna kəskin reaksiya vermək qərarına gəlir. Gələcəyi olmayan biri olmaqdansa, o ağdərili irqi adından düşmənə zərbə endirmiş dünya boyu tanınan tarixi bir şəxsiyyət olmağı seçir.”
Cümə axşamı etdiyi çıxışda Prezident Barak Obama kütləvi qətliamlarla bağlı narahatlığını bildirib. O, bu cür qətliamların digər inkişaf etmiş ölkələrlə müqayisədə Birləşmiş Ştatlarda daha tez-tez baş verdiyini bildirib.
“Mən dəfələrlə bu cür bəyanatlarla çıxış etməli olmuşam. Çarlston kimi bir çox icma bir çox dəfə bunun kimi faciələri yaşamalı olub.”
Çarlston kimi bir çox icma bir çox dəfə bunun kimi faciələri yaşamalı olubBarak Obama
Kilsə qətliamında şübhəli bilinən şəxsin ağrədili üstünlükçü qrupları və simvollarına aludə etdiyi məlumdur. O, məktəbi yaxşı oxumayıb, işsiz olub, və sürücülük vəsiqəsi belə olmayıb. Polis onu Şimali Karolinada həbs edib və ona qarşı nifrət zəmində cinayət işi açıb. Bütün ölkə boyu afro-amerikalılar bu cinayət qarşısında şok olublar.
“Bu hadisə təkcə cinayət qurbanlarının ailələrinə təsir etməyib, bizim hamımıza, yalnız qaradərililərə deyil, ağdərili, yaşıldərili hər bir kəsə təsir edib.Bunun hər birimizə aidiyyatı var, çünki biz özümüzdən soruşmalıyıq ki, biz bu hadisənin yaşanmasına necə yol vermişik. Və bunun qarşısını almaq üçün nələr etməmişik?”
Hadisədən sonra amerikalılar ölkənin paytaxtı və digər yerlərində toplaşaraq irqi nifrətə qarşı nüməyişlər keçiriblər.