HRA agentliyinin hazırladığı hesabata görə, keçən 8 ay ərzində İran Azərbaycanı və Tehranda ən az 123 türk fəal nəzarət altına alınıb. Bunların bir çoxu ağır həbs hökmlərinə, digərləri isə şallaq və pul cəriməsi kimi cəzalara məhkum olunublar.
İnsan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin hesabatında 1397-ci hicri ilində (mart 2018-dən bəri) müxtəlif şəhərlərdə nəzarət altınan 114 türk fəalın adı dərc edilib.
Agentlik keçən iyul ayında ənənəvi Babək Qalası yürüşü zamanı saxlanılan 9 fəalın adı və kimliyinə dair məlumat əldə edə bilmədiyini yazıb.
Bəzi fəallar keçən 8 ay ərzində bir dəfədən artıq nəzarət altına alınıblar.
Hesabatda qeyd edilib ki, bu statistika dinc fəaliyyət göstərən fəalların sistematik şəkildə fikir və ifadə azadlığından məhrum edildiyini göstərir.
İranın təhlükəsizlik qüvvələri bu müddətdə yüzdən artıq fəalı nəzarət altına almaqdan əlavə türk fəalların təşkil etdiyi mədəni tədbiri güc tətbiqi ilə önləyiblər.