Accessibility links

Yezidi hüquq müdafiəçisi və Konqolu həkim Nobel mükafatı alıb


2018-ci il Nobel Sülh Mükafatı Konqolu həkim Denis Mukveqe və "İslam Dövləti"-nin əsirliyində olmuş Nadiyə Murada seksual zorakılıqdan müharibədə və silahlı münaqişələrdə silah kimi istifadəyə qarşı mübarizə apardıqları üçün verilib.

Norveçin Nobel Komitəsi bildirib ki, onlar bu mükafatı "cinsi zorakılığın döyüş silahı və silahlı münaqişələrdə istifadəsinin sona çatdırılması üçün səyləri"-nə görə alırlar.

Həkim Denis Mukveqe Konqo Demokratik Respublikasında minlərlə cinsi zorakılığa məruz qalmış qadınlara tibbi yardım göstərib. "Onun əsas amalı budur ki, ədalət hamının işidir," bəyanatda bildirilir.

İnsan haqları müdafiəçisi Nadiya Murad isə İraqdakı İslam Dövlətində cinsi köləlikdən qurtulub. O özü müharibə cinayətlərinin qurbanıdır və qadınların səssiz qalmasını və zorakiliqlara görə utandıran cəmiyyətə etiraz edib.

Onun əsas amalı budur ki, ədalət hamının işidir.

"Nadiya Murad özünün və digər təcavüz qurbanlarının əzabları haqda danışmaqla qeyri-adi şücaət göstərib," deyə komitənin açıqladığı bəyanatda deyilir.

Həftənin əvvəlində Tibb, Fizika və Kimya sahələrdin əNobel mükafatları təqdim olunub.

Bu il ədəbiyyat sahəsində Nobel mükafatı təqdim edilməcəyək.

Mükafat 1.1 milyon dollarlıq pulla müşayiət olunur.

XS
SM
MD
LG