Accessibility links

Ketrin Eşton: Mən Azərbaycanda insan hüquqlarının vəziyyətindən çox narahatam


Ketrin Eşton: Mən Azərbaycanda insan hüquqlarının vəziyyətindən çox narahatam
Ketrin Eşton: Mən Azərbaycanda insan hüquqlarının vəziyyətindən çox narahatam

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton gənc fəallar Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin həbsini kəskin pisləyib.

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton gənc fəallar Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin həbsini kəskin pisləyib. O, öz bəyanatında bildirib: “Mən Azərbaycanda insan hüquqlarının vəziyyətindən çox narahatam. Mayın 4-də və 18-də gənc fəallar Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin barəsində çıxarılan məhkəmə hökmləri bizi xüsusi ilə narahat edir. Hər iki hal belə hesab etməyə əsas verir ki, istintaq siyasi motivli olub. Biz, Azərbaycan hakimiyyətini əsas hüquq və azadlıqlara hörmətlə yanaşmağa və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq qanunun aliliyini təmin etməyə çağırırıq. Biz, həmçinin Azərbaycanı həmin hökmlərə yenidən düzgün və ədalətli baxmağa çağırırıq”, - deyə o qeyd edib.

Cabbar Savalan narkotik maddə saxlamaqda ittiham olunaraq 2,5 il, Bəxtiyar Hacıyev isı ordudan yayınmaqda ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki gənc sosial şəbəkələrdə demokratik islahatlar tələbilə cəmiyyəti hökumət əleyhinə etiraza çağıran gənclər hərəkatının fəallarıdır.

XS
SM
MD
LG