Accessibility links

ABŞ dövlət katibi Con Kerri Filippindədir


Birləşmiş Ştatların dövlət katibi Con Kerri ABŞ-ın Filippində hərbi mövcudluğunu genişləndirmək barədə müzakirələr aparmaq üçün bu ölkəyə səfər edir. Cənab Kerri uzun müddətdir Çinlə ərazi mübahisəsində olan ABŞ-ın müttəfiqi Filippinə 40 milyon dollarlıq əlavə hərbi yardım ayrıldığını bildirib.

Cənab Kerri bu barədə açıqlamanı bu gün Manilada Filippinin xarici işlər naziri Albert Del-Rosario və prezident Beniqno Aquino ilə görüşü zamanı verib.

ABŞ-ın bu yardımını Filippin dənizdən müdafiə sistemlərinin möhkəmləndirilməsinə və ölkənin cənubundakı müsəlman yaraqlılara qarşı mübarizədə istifadə ediləcək.
XS
SM
MD
LG