BMT Baş Assambleyası Suriyada qan tökülməsinin davam etməsini qınayan qətnaməsinı açıqlamağa hazır olduğu bir vaxt, ABŞ və Rusiya tez bir zamanda Suriyada zorakılıqara son qoyacaq sülh danışıqlarına başlanılacağını deyir.
Birləşmiş Ştatların dövlət katibi Con Kerri İsveçdə keçirilən mətbuat konfransında deyib ki, o, və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyun ayında Cenevrədə keçiriləcək Sülh Konfransında bu məsələ ilə bağlı inkişaflar əldə ediləcəyinə ümid edirlər.
Cənab Lavrov da öz növbəsində Moskva və Vaşinqtonun Suriya hökuməti və müxalifəti arasında danışıqlara dəstək verməyə hazır olduğunu deyib.
Cənab Kerri sülh təşəbbüslərinın keçən il Suriyada müvəqqəti hökumətin yaradılmasına dair elan edilən təklifə əsaslandığını deyib.