Suriyada siyasi keçidə dair danışıqların ikinci raundunu "güclü başlanğıc" adlandıran ABŞ Dövlət katibi Con Kerri deyib ki, Birləşmiş Ştatlar və Rusiya Suriya böhranında "mühüm dəyişikliyə" nail ola bilər.
Kerri bu açıqlamaları Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan öncə verib.
Prezident Putin deyib ki, Birləşmiş Ştatlar və Rusiya ən ciddi böhranlardan birindən çıxış yollarını axtarır. Kerri və Putinin həmçinin Ukraynada vəziyyət və Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə məsələlərinin müzakirələrin diqqət mərkəzində olduğu bildirilir.
Bundan öncə Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. "Fikir ayrılıqlarının olmasına baxmayaraq, müəyyən məsələlər ətrafında effektiv şəkildə işləyə bilmişik" -deyə ABŞ dövlət katibi Rusiyanın İranla nüvə razılaşmasının əldə edilməsində Rusiyanın rolunu qeyd edərək bildirib.
kerri-Lavrov görüşünün diqqət mərkəzində Suriya böhranı, Ukraynada vəziyyət və İŞİD-ə qarşı mübarizə məsələləri olub.